top of page

Ançelotti: "Onun gedişinə sevinmirik, amma..."

“Real”ın baş məşqçisi Karlo Ançelotti hücumçu Kərim Benzemanın komandanı tərk etməsi haqda danışıb.


90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, fransalı futbolçunun Madrid klubundan gedişinin son dəqiqə qərarı olduğunu bildirib:


“Onun qərarı bizi təəccübləndirdi, hamı üçün sürpriz oldu. Son dəqiqə qərarı idi. Çünki o, şənbə günü məşqə çıxmışdı, dünən isə komandadan ayrılmaq barədə qərar verdi. Nə etməli olduğumuzu düşünmək üçün vaxtımız var.


Dünyanın ən yaxşı futbolçularından birini çalışdırdığımı bildiyim halda, onunla vidalaşıram. Benzema çox təvazökar, mehriban və ciddidir. Onun gedişinə sevinmirik, amma qərarına hörmətlə yanaşmalıyıq. “Real” üçün etdiklərinə görə ona minnətdarıq! Onu hər zaman xatırlayacağıq”.


Benzema 2009-cu ildən Madrid klubunda çıxış edirdi. O, “kral klubu”nda 647 oyun keçirib, 353 qol vurub və 165 məhsuldar ötürmə verib.



0 comments
bottom of page