top of page

"Apple" şirkəti Avropa nəhəngini bu qiymətə ala bilər

"Apple" şirkəti İngiltərənin "Mançester Yunayted"i ala bilər.


90plus.az xəbər verir ki, informasiya "Daily Star"a məxsusdur.


Mənbə klubun sahibi olan Qleyzer qardaşlarının MY-ni 6,7 milyard avro qarşılığında "Apple" şirkətinə satmaq barədə düşündüklərini iddia edib. Xəbərə görə, sözügedən qurumun prezidenti Tim Kukun artıq "qırmızı şeytanlar"la bağlı planları da hazırdır. Belə ki, klub idarəçiliyi təcrübəsi olmayan Kukun MY üçün dünyada analoqu olmayan stadion tikdirməyi hədəflədiyi vurğulanıb.


Daha öncə britaniyalı milyarder Cim Retkliffin də "Mançester Yunayted"i almaq istədiyi barədə məlumatlar yayılıb.

0 comments
bottom of page