Aqolli De Biasiyə "yox" deməsinin səbəbini açıqlayıb


"ABŞ-da futbol akademiyasını yenicə açmışdım. Daha bir bir addım atmaq üçün uyğun məqam deyildi".


90plus.az xəbər verir ki , bu sözləri Albaniya yığması və "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli Azərbaycan yığmasından aldığı təklifi qəbul etməməsinin səbəbi haqqında danışarkən deyib.


O, bildirib ki, öz layihəsinə görə millidə Gianni De Biasinin köməkçisi olmaq istəməyib:


"Azərbaycana getsəydim, akademiya ilə bağlı planları yarımçıq qoymalı idim. Bəlkə gələcəkdə də ABŞ-dan kənarda işləmək üçün başqa variantlarım olacaq. Amma hesab edirəm ki, onda da ən düzgün qərar burada, ailəmin yanında qalmaq və öz layihəmi davam etdirmək olacaq.


Düşünürəm ki, bu ölkənin futbolu həm də keyfiyyətli yerli oyunçuların performansı baxımından əziyyət çəkir. Albaniya ilə eyni fürsətə sahib deyillər: yerli futbolçular, hətta Avropaya köçən alban ailələri yığmamız üçün əlavə fürsətdir. Çünki həmin uşaqlar Avropada böyüyür və futbol üçün yaxşı materiala çevrilirlər".


0 comments