"Aqressiv futbol çatışmır"


"Oyun barədə danışmaq çox çətindir. Komandanın aqressiyası yox idi. bunu araşdıraraq nəticə çıxaracağıq". 90plus.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Rüstəm Əliyev "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib. Mütəxəssis hücumları cinahlardan qurduqlarını bildirib: "Amma bir hücumçu tapmadıq ki, son nöqtəni qoysun. Rəhbərliyi, azarkeşləri sevindirə bilmirik. Azarkeşlərdən üzr istəyirik. Növbəti oyundan qələbə gözləyirik". Komandaya 20 gündür baş məşqçi təyin olunduğunu xatırladan Əliyev futbolçuların fiziki durumunun çox aşağı səviyyədə olduğunu vurğulayıb: "Aqressiv futbol çatışmır. Daxili enerjini göstərməlisən, bu gün onu da göstərə bilmədik".

0 comments