Aquero azarkeşlərə təşəkkür etdi

“Barselona”nın futbolçusu Serxio Aquero azarkeşlərə təşəkkür edib.

90plus.az xəbər verir ki, ürəyində problem yaranan argentinalı hücumçu, klubun mətbuat xidməti vasitəsilə fanatlara dəstəklərinə görə təşəkkür edib:


“Hər kəsi qucaqlayıram. Mənə dəstək olanlara təşəkkür edirəm. İndi mənim üçün bərpa vaxtıdır. İrəlidə nə olacağını görəcəyik”.


Aquero La Liqanın 12-ci turunun “Alaves”lə (1:1) matçında ürək darlığı səbəbindən meydanı tərk etmişdi. 33 yaşlı futbolçuya ürəyində ritm pozğunluğu diaqnozu qoyulub və onun azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

0 comments