Aquero hələ qərarını verməyib

"Mançester Siti"nin hücumçusu Serxio Aquero karyerasını hansı klubda davam etdirəcəyinə hələ qərar verməyib.

90plus.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" səhifəsində yazıb. Bildirilib ki, argentinalı hücumçu klubun düşərgəsində qala bilər. Amma o, yenə də bütün variantları nəzərdən keçirir.

Qeyd edək ki, 32 yaşlı oyunçunun Mançester təmsilçisi ilə müqaviləsi bu yay başa çatır.

0 comments