Aquero ilə 2 illik müqavilə

Mövsümün sonunda “Mançester Siti”dən ayrılacağını açıqlayan Serxio Aquero “Barselona” ilə razılığa gəlib. 90plus.az ESPN-ə istinadən xəbər verir ki, artıq tərəflər bütün detallarda razılıq əldə ediblər. Argentinalı hücumçunun Kataloniya klubu ilə 2 illik müqavilə imzalayacağı bildirilib. 2011-ci ildən “Mançester Siti”də çıxış edən 32 yaşlı futbolçunun klubu ilə müqaviləsi iyunun 30-na qədərdir.

0 comments