Aquero ilə bağlı qərar verilib!

"Barselona"nın futbolçusu Serxio Aquero komandanın əsas oyunçusu olmayacaq.

90plus.az "AS"a istinadən xəbər verir ki, Kataloniya klubu 32 yaşlı hücumçunu zədəli futbolçusu Ansu Fatinin əvəzləyicisi kimi görür. Bildirilir ki, Aqueronun transferi zamanı bu məsələ müzakirə olunub. Argentinalı oyunçu özü sözügedən şərtlə razılaşıb. Qeyd edək ki, Aquero mayın 31-də "Barselona"ya keçib.

0 comments