top of page

Aquero: "Mən başa düşmürəm ki, Qvardiola niyə onu meydana buraxmır"

Argentina millisinin sabiq futbolçusu Serxio Aquero “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın hücumçu Xulian iAlvaresi “Real”la oyunda ehtiyat oyunçular skamyasında saxlamasından narazıdır.


90plus.az “Goal”-a istinadən xəbər verir ki, argentinalı keçmiş hücumçu həmyerlisinin ehtiyatda qalmasını başa düşmədiyini bildirib:


“Mən başa düşmürəm ki, Qvardiola niyə Xulianı meydana buraxmır. Bu, mənə maraqlıdır. Amma bu, Pep Qvardioladır. Məndən asılı olsaydı, Alvaresi demək olar ki, hər oyunda meydana buraxardım. Çünki onun aktiv olması və qığılcım yaratması lazımdır”.


“Real” və MS Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda heç-heçə edib – 1:1. Cavab oyunu mayın 17-də, Mançesterdə keçiriləcək.


23 yaşlı Alvares bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.



0 comments

Comments


bottom of page