Aquero "Mançester Siti"dən gedir?

Mançester Siti"nin futbolçusu Serxio Aquero komandanı tərk etmək niyyətindədir.

90plus.az "Mirror"a istinadən xəbər verir ki, buna səbəb "şəhərlilər"in növbəti 2 mövsümdə Çempionlar Liqasında iştirak edə bilməməsidir. Əgər UEFA tərəfindən verilən qərar ləğv edilməsə, argentinalı hücumçu bu yay İngiltərə təmsilçisi ilə yollarını ayıracaq. Bundan əvvəl isə 32 yaşlı futbolçu ilə "Real" və "Atletiko"nun da maraqlandığı bildirilmişdi. Qeyd edək ki, bu mövsüm 27 matça çıxaraq 21 qol vuran S.Aqueronun "Mançester Siti" ilə 2021-ci ilin yayınadək müqaviləsi var.

0 comments