Aquero rəsmən "Barselona"da!


"Barselona" "Mançester Siti" klubundan ayrılan Serxio Aqueronun transferini həll edib. 90plus.az Kataloniya təmsilçisinin rəsmi televiziyasına istinadən xəbər verir ki, 33 yaşlı argentinalı hücumçu ilə yaxın saatlarda rəsmi müqavilə imzalanacaq. Onun sözləşməsi 2023-cü ilin yayınadək qüvvədə olacaq. Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən "Mançester Siti"nin formasını geyinirdi.

0 comments

Recent Posts

See All