Aqueronun karyerasını başa vuracağı dəqiqləşib


Argentina millisinin və "Barselona"nın futbolçusu Serxio Aqueronun karyerasını başa vuracağı dəqiqləşib. 90plus.az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçunun sabiq komanda yoldaşı Samir Nasri "Canal+"a açıqlama verib. Fransalı veteran yarımmüdafiəçinin sözlərinə görə, Aquero bununla bağlı onu məlumatlandırıb: "Serxio ilə yenicə əlaqə saxlamışam. Təəssüf ki, xəbər təsdiqləndi. Mən çox kədərlənirəm, çünki o, tanınmış oyunçu olmaqla yanaşı, həm də yaxşı oğlandır. Təəssüf ki, bu, Aqueronun seçimi deyil, məcburi atılan addımdır".

0 comments