Arazın komandası heç-heçə etdi

Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilib. 90plus.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Boluspor” “İstanbulspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Qeyd edək ki, 33 oyundan sonra hesabında 39 xalı olan “Boluspor” 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

0 comments