top of page

"Araz"ın baş məşqçisi: "Bəzi boşluqlar oldu, bu da həyəcandan irəli gəlirdi"

"Neftçi" adlı-sanlı klublarımızdandır. Onlara qarşı oynamaq çətindir. Yaxşı oyunçuları var. Bunları əvvəldən uşaqlara demişdik, necə oynayacağımızı bilirdik. Bəzi boşluqlar oldu, bu da həyəcandan irəli gəlirdi. Şükürlər olsun, qələbə bizim tərəfdə oldu. Sona qədər yaxşı mübarizə apardıq. Bu, mənim üçün vacib idi".


90plus.az xəbər verir ki .bu sözləri "Araz-Naxçıva"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 6-cı turunda "Neftçi"yə qalib gəldikləri matçdan (1:0) sonra təşkil olunan mətbuat konransında deyib.


A.Bağırov "Neftçi"nin baş məşqçisi Adrian Mutunun "10 nəfərlə müdafiə olunan komandaya qarşı oynamaq çətindir" - deyə fikir səsləndirməsinə belə münasibət bildirib: "Adrian Mutunun fikrinə hörmətlə yanaşıram, epizodik olaraq arxada qalırdıq. Açıq futbolu xoşlayıram, 10 nəfərlə qalanda da pressinq edir, rəqibi sıxmağa çalışırdıq. Hər zaman rəqibin meydançasında oynamaq istəyirəm".


O, Abdulla Rzayevin heyətdə yer almamsı haqda da danışıb: "Cüzi zədəsi var. Ehtiyat etdik. İstirahət verdik ki, bərpa olunsun. 2-3 günlük yüngül zədəsi var. Risklərimiz çox olacaq. Heç nədən qorxmuruq. Futbolçu bütün mövqelərdə oynamağı bacarmalıdır. Elə ola bilər ki, mərkəz müdafiəçilərimiz irəlidə oynasın. Hər kəs hər şeyə hazır olmalıdır. Bütün mövqelərdə oynamağı bacarmalıyıq".


Mütəxəssis "Qələbəyə görə mükafat olacaqmı" sualına bu cür cavab verib: "Rəhbərlik verəndə biləcəyik. Oyuna xüsusi hazırlığımız yox idi. Rəhbərlik hansı mükafatı versə, onunla kifayətlənəcəyik".


A.Bağırov qarşıdakı görüşlərdə maksimum nəticə qazanmağa çalışacaqlarını qeyd edib: "Hansısa mövqe düşünmürəm. Bu günlə yaşayıb, sabaha baxıram. Hansı pillədə olacağımızı sonda biləcəyik. Maksimumu etməyə çalışırıq".



0 comments
bottom of page