top of page

"Araz"ın baş məşqçisi: "Qalib gəlsək də, yenə işimiz çoxdur"

"Çətin oyun oldu. "Zirə" əbəs yerə bu çempionatda lider deyil. Məğlub da ola bilərdik. Sona qədər mübarizə apardıq".


90plus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 8-ci turunda bu gün "Zirə"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.


O, lider üzərində qazanılan qələbəni (1:0) belə şərh edib: "Səbirlə müdafiə olunduq və lazım olan qolu vurduq. Futbolçularla həm fərdi, həm də kollektiv şəkildə mütəmadi söhbətlər edirik, eyforiyaya qapılmaqdan söhbət gedə bilməz. Arxada qalan 8 oyun ərzində "Sumqayıt"la qarşılaşmanın ilk hissəsində rəqibə uduzduq. Qalan matçlarda uşaqlar yaxşı çıxış etdilər, mübarizə apardılar".


A.Bağırov ölkə xaricində toplanış keçməmələrindən, komandanı gec formalaşdırmalarından da danışıb: "Bunlar artıq geridə qalıb. Biz bəhanə gətirməyi heç vaxt sevməmişik. Hamı toplanışda olanda, biz hələ 12 nəfərlə Bakıda məşq edirdik. Bunların hamısı geridə qalıb, bəhanələri atmaq lazımdır. Günlərimiz olub ki, 2-3 saat yatmışıq. Yəni, əvvəl itirdiyimiz vaxtı kompensasiya etmişik. Bu gün qalib gəlsək də, yenə işimiz çoxdur.



0 comments
bottom of page