
Hazırda klubsuz olan Araz Abdullayev karyerasını yenidən Türkiyədə davam etdirə bilər. Milli komandamızın da üzvü olan yarımmüdafiəçi ilə Türkiyə birinci liqa klubları ciddi maraqlanır. Abdullayev də yenidən qardaş ölkəyə qayıtmağa müsbət baxır. Əgər pulda razılaşma olsa, böyük ehtimal ən azı yaya kimi onu Türkiyədə görə bilərik. 30 yaşlı oyunçuya yerli klublarımızdan da maraq göstərənlər var. Amma Araz vətənə qayıtmağı son variant kimi görür. Həmyerlimizin sonuncu klubu Kiprin "Etnikos" klubu olub. O, burada 12 matçda meydana çıxıb və 3 asistlə yadda qalıb. Kipr təmsilçisi ilə yaya kimi müqavilə olsa da, dünən qarşılıqlı razılıqla yolların ayrıldığı ictimaiyyətə açıqlanıb. Mənbə: SPORTİNFO