Araz Abdullayev Türkiyədə ilk qolunu vurdu!



Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Türkiyənin "Boluspor" klubunda ilk qolunu vurub.

"90plus"un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi 1-ci liqanın XXXIV turunda "Eskişehirspor"la matçın 16-cı dəqiqəsində fərqlənib.

Bu, Abdullayevin Bolu təmsilçisində ilk qoludur.

Qeyd edək ki, qarşılaşmada ilk hissə başa çatıb. Araz Abdullayev 2020-ci il sentyabrın 15-də "Boluspor"a keçib.

0 comments