"Araz" həftəsonu Bakıdadır

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxışını başa vuran "Araz" hələ Bakıya qayıtmayıb.


90plus.az xəbər verir ki, qrup ikincisi kimi əsas mərhələyə vəsiqəni təmin edən təmsilçimiz Latviyadan avqustun 27-də dönəcək. Komandanın üzvləri üçün iki gün sonraya göri dönüş bileti alınıb.

"Araz" Azərbaycana qayıtdıqdan sonra iki gün - həftəsonu istirahət edəcək. Növbəti həftənin ilk günündən isə komanda Yüksək Liqanın ilk turunun hazırlıqlarına start verəcək.

0 comments