top of page

"Araz-Naxçıvan" Çempionlar Liqasında qrupdan çıxa bilmədi

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazana bilməyib.


90plus.az - ın məlumatına görə, Vitali Borisovun yetirmələri ilkin raundda yer aldıqları qrupdan çıxa bilməyiblər.


A qrupunda qərarlaşan Azərbaycan çempionu son turda Latviya təmsilçisi “Riqa” ilə qarşılaşıb. Hər iki klub ilk iki turu itkisiz başa vurduğundan, qalib komanda birinci yeri tutacaqdı. Latviyada reallaşan qarşılaşmada meydan sahibləri 8:3 hesablı qələbə qazanaraq, maksimum nəticə toplayıb və əsas mərhələyə yüksəliblər.


Qrupu 6 xalla ikinci sırada tamamlayan “Araz-Naxçıvan” isə növbəti mərhələyə adlaya bilməyib.


UEFA Çempionlar Liqası

İlkin seçmə mərhələ

A qrupu, III tur

26 avqust

18:00. “Riqa” (Latviya) - “Araz-Naxçıvan” (Azərbaycan) – 8:3

Qollar: Dmitri Kuzmin, 2:30. Talles, 10:24. Serjinyo, 18:26, 27:12. Artur Strajdin, 24:38. Rikardinyo, 30:05, 39:57, İqor Labuts, 32:54 – Amadeu, 14:17, 15:05. Lukas, 33:51

Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Martina Pitsolo (İtaliya), Georgios Kozakos (Kipr)

Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)

UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)

Salaspils İdman Arenası



0 comments
bottom of page