"Araz-Naxçıvan" ÇL-na ərizəsini göndərib


Futzal üzrə Çempionlar Liqasının final mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib. 90plus.az xəbər verir ki, klub 19 oyunçunun xidmətindən istifadə edəcək. Qapıçılar: Rövşən Hüseynli, Emin Kürdov, Cavad Məmmədov Müdafiəçilər: Rizvan Fərzəliyev, Amir Şojaei, Murilyo Borges, Hadi Ahmadi, Oruc Baxşəlizadə Hücumçular: Samir Həmzəyev, Namiq Məmmədkərimov, David Qustavo Dos Santos, Ramiz Çovdarov, Maneka, İsa Atayev, Xətai Bağırov, Tofiq Mikayılov, Nurlan Mehdizadə, Eşhaq Şoorqali Qeyd edək ki, "Araz-Naxçıvan" "Uraqan İvano - Frankivsk" (Ukrayna), "Ligeni" (Kosovo) və "Yunayted Qalati" (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq. Bu qrupun matçları Ukraynada olacaq. Əsas mərhələnin oyunları oktyabrın 26-dan 31-dək keçiriləcək.

0 comments