top of page

"Araz Naxçıvan"ın ÇL oyunlarının başlama saatı açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda yer alan “Araz Naxçıvan”ın oyunlarının başlama saatı açıqlanıb.


90plus.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, təmsilçimiz ilk 2 oyununu 26 və 27 oktyabr saat 19:30-da, son matçını isə 29 oktyabr saat 22:00-da keçirəcək.


Həmçinin oxuyun: "Araz-Naxçıvan" "Kayrat"la qarşılaşacaq


Artıq ilk iki oyunu idarə edəcək hakimlər də müəyyənləşib.


Bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.


UEFA Çempionlar Liqası

5-ci qrup


26 oktyabr


19:30. "Araz Naxçıvan" – "Orebro" (İsveç)

Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukas Peska (Slovakiya), Jan Kresta (Çexiya).

Mostar. Mithad Hujdur Hujka Arena


27 oktyabr


19:30. "Loznika Qrad" (Serbiya) - "Araz Naxçıvan"

Hakimlər: Jan Kresta (Çexiya), David Abtequya Urdanoz (İspaniya), Viktor Chaix (Fransa).

Mostar. Mithad Hujdur Hujka Arena


29 oktyabr


22:00. "Mostar" (Bosniya və Herseqovina) – Araz Naxçıvan

Mostar. Mithad Hujdur Hujka Arena



0 comments
bottom of page