"Araz-Naxçıvan"ın ÇL rəqibləri bəlli oldu


Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılıb. 90plus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın da rəqibləri müəyyənləşib. B yolunda yer alan ölkə çempionu 6-cı qrupda "Uraqan İvano - Frankivsk" (Ukrayna), "Ligeni" (Kosovo) və "Yunayted Qalati" (Rumıniya) klubları ilə birlikdə 6mübarizə aparacaq. Qeyd edək ki, əsas mərhələnin oyunları oktyabrın 26-dan 31-dək keçiriləcək.

0 comments