top of page

"Araz-Naxçıvan"ın baş məşqçisi: “Müdafiədə boşluqlar buraxdıq”

"Oyunun çətin keçəcəyini bilirdik. "Kəpəz" doğma meydanda yaxşı oynayır. Bu komandanın "Turan-Tovuz" və "Neftçi" ilə oyunlarını izləmişdik və müəyyən nəticələr çıxarmışdıq".


90plus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 5-ci turunda bu gün səfərdə "Kəpəz"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.


O, 2:1 hesablı qəlbəni belə şərh edib: "Çalışdıq ki, istədiyimizi birinci hissədə icra edək. Buna nail olduq, qol epizodlarından maksimum yararlandıq. İkinci hissədə sığortalı oynadıq. Uşaqlar yaxşı mübarizə apardılar. Buraxdığımız qol bizim üçün siqnal olmalıdır. Müdafiədə boşluqlar buraxdıq. Bunun üzərində işləməliyik".





0 comments
bottom of page