top of page

"Araz Naxçıvan"ın təlim planı bəlli oldu


2023/2024 mövsümündən Misli Premyer Liqasında oynamaq haqqı qazanan “Araz Naxçıvan” hazırlığa Bakıda başlayacaq.

90plus.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi iyunun 29-dan iyulun 12-nə qədər paytaxtımızda hazırlaşacaq.

Azər Bağırovun rəhbərlik etdiyi kollektiv yoldaşlıq görüşü üçün artıq iki komanda ilə razılığa gəlib. Belə ki, Premyer Liqa klubu iyulun 6-da “Zirə”, 12-də “Turan Tovuz”la qarşılaşacaq. “Araz Naxçıvan” hazırlığın ikinci mərhələsini isə Ərzurum şəhərində keçəcək.

0 comments
bottom of page