top of page

"Araz-Naxçıvan"ın yeni loqosu təqdim olundu

2023/24 mövsümündən etibarən futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın yeni loqosu hazırlanıb.


Naxçıvan təmsilçisindən 90plus.az - a verilən məlumata görə, klubun ənənəvi ağ-qırmızı rəngləri fonunda hazırlanan loqoda Naxçıvanın simvollarından olan Haça dağı, türk mifalogiyasında müqəddəs heyvan hesab olunan boz qurd, eləcə də futbolun əsas atributu – top yer alıb.


Klubun yaradılma tarixi və səkkizguşəli ulduz da loqoya əlavə edilib.



0 comments
bottom of page