top of page

“Araz-Naxçıvan” bu gün həlledici oyuna çıxacaq

“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində son oyununu keçirəcək.


90plus.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionu Latviyada yerli “Riqa” ilə qarşılaşacaq.


Hər iki komanda qrupun ilk iki matçında qələbə qazandığından, bu, həlledici görüş olacaq. Qrup birincilərinin əsas mərhələyə vəsiqə qazandığını nəzərə alsaq, “Araz-Naxçıvan” mütləq qələbə qazanmalıdır. Hazırda “Riqa”nın top fərqi daha yaxşıdır.


İlk iki qarşılaşmanı cəza səbəbindən buraxan Felipinyo bu matçda baş məşqçi Vitali Borisovun sərəncamında olacaq.


UEFA Çempionlar Liqası, ilkin seçmə mərhələA qrupu, 3-cü tur


26 avqust

18:00 Riqa (Latviya) – Araz-Naxçıvan

Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Martina Pitsolo (İtaliya), Georgios Kozakos (Kipr)

Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)

UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)

Salaspils İdman Arenası

0 comments
bottom of page