top of page

“Araz-Naxçıvan”dan ÇL-də növbəti darmadağın

“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasındakı növbəti oyununda da böyük hesabla qalib gəlib.


90plus.az xəbər verir ki, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupu çərçivəsində Latviyada keçirdiyi ikinci görüşündə Almaniya təmsilçisi “Yan Reqensburq”u 5:0 hesabı ilə üstələyib.


Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanmağa çox yaxındır. Vitali Borisovun yetirmələri qrupda son oyunu avqustun 26-da yerli “Riqa”ya qarşı keçirəcəklər.


UEFA Çempionlar Liqası

İlkin seçmə mərhələ

A qrupu, 2-ci tur

24 avqust

“Yan Reqensburq” – “Araz-Naxçıvan” 0:5


Qollar: Katatau, 6:37, Erik, 8:07, Xəzər Ağalızadə, 12:59, İsa Atayev, 25:34, Xətai Bağırov, 26:13

Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Pitsola (İtaliya), Arttu Kinaerenen (Finlandiya)

Salaspils. Salaspils İdman Arenası.

0 comments
bottom of page