
"Xan Lənkəran" futbol klubu Region Liqasının finalında oynayacaq
90plus.az AFFA-nın saytına istinadən xəbər verir ki, 15.05.2022-ci il tarixində Region Liqasının “Xan Lənkəran” və “Araz-Naxçıvan” komandaları arasında 1/2 final mərhələsi çərçivəsində keçirlmiş oyundan sonra aparılmış araşdırmalar zamanı “Araz-Naxçıvan” komandasının heyətində çıxış edən futbolçulardan Orxan Əliyev və Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib.
“Araz-Naxçıvan” komandasının heyətində cari mövsüm ərzində peşəkar müqaviləsi olan futbolçular iştirak etdiyi üçün 1/2 final mərhələsinin müvafiq oyununda “Araz-Naxçıvan” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir.