top of page

“Araz-Naxçıvan” “Sabah”ı uddu! VİDEO


Azərbaycan Premyer Liqasının 17-ci turunda Araz-Naxçıvan” “Sabah”la üz-üzə gəlib.


90plus.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüşdə son iki turda qələbə qazanan bakılılar ardıcıl üç heç-heçəyə imza atan Naxçıvan təmsilçisinə məğlub olub.


Araz Naxçıvan 2 - 0 Sabah


Letic B. 38’ (ö.q)

Manafov T. 71’


Qollar aşağıdakı linkdə:


Bununla “Araz-Naxçıvan” xallarının sayını 26-ya çatdırıb. “Sabah” isə 22 xalda qalıb.


Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz”lə “Sumqayıt” (1:1) heç-heçə ediblər, “Səbail” “Qəbələ”yə 3:0 hesabı ilə qalib gəlib.


Dekabrın 16-da “Turan Tovuz” – “Zirə”, 18-də isə “Qarabağ” – “Neftçi” matçları reallaşacaq.

0 comments
bottom of page