top of page

"Araz Naxçıvan" darmadağınla qalib gəldi, "Mingəçevir" uduzdu

Azərbaycan 1-ci divizionunda 5-ci tura start verilib.


90plus.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.


“Araz Naxçıvan” “Sumqayıt-2”ni böyük hesabla məğlub edib. MOİK “Kəpəz-2”yə qalib gəlib, “Mingəçevir” “Şamaxı”nın əvəzedicilərinə uduzub. “Qəbələ-2” - “Zirə-2” oyununda da sevinən tərəf qonaqlar olub.


Birinci divizion, 5-ci tur


28 sentyabr


15:30. "Qəbələ-2" – "Zirə-2" - 0:1

Qol: Xəqani Sadıxov, 71.

Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Taleh Məmmədov, Şamil İmanzadə

Qəbələ şəhər stadionu (ehtiyat meydança)


15:30. "Araz Naxçıvan" – "Sumqayıt-2" - 4:0

Qollar: Orxan Əliyev, 27; 42; 64. Fərid Kərimzadə, 44.

Hakimlər: Namiq Bəkirov, Zöhrab Abbasov, Elman Kərimov, İrşad Aydınov

Naxçıvan Muxtar Respublika stadionu


15:30. MOİK – "Kəpəz-2" - 2:1

Qollar: Tural Nəsirov, 33. İlham Allahverdiyev, 83 – Zahid Mərdanov, 80.

Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev

Binə qəsəbə stadionu


15:30. "Mingəçevir" – "Şamaxı-2" - 2:4

Qollar: Rüstəm Nuruyev, 5. Elvin Əlizadə, 90 – Xəyal İbrahimov, 52. Rövşən Şahmuradov, 70. Tapdıq Əhmədov, 73. Malik Nadirov, 88.

Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Zakir Şükürzadə, İslam Məmmədov

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu


0 comments
bottom of page