Ardıcıl 3-cü dəfə çempion oldular

Çexiya Super Liqasında mövsümün qalibi müəyyənləşib.

90plus.az xəbər verir ki, Praqanın “Slaviya” komandası 30-cu turda “Viktoriya”nı məğlub edərək (5:1), sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

30 turdan sonra 78 xal toplayan “Slaviya” rəqibləri üçün əlçatmaz olub. Praqa təmsilçisi ən yaxın izləyicisi “Yablonets”i 16 xal qabaqlayır.

Qeyd edək ki, bu, “Slaviya”nın ardıcıl 3-cü çempionluğudur.

0 comments