Ardıcıl 3-cü dəfə Rusiya çemionu oldular

Rusiya Premyer Liqasında 2020-2021 mövsümünün qalibi müəyyənləşib. 90plus.az xəbər verir ki, "Zenit" son iki tur qalmış çempionluğunu rəsmiləşdirib. Sergey Semakın komandası 28-ci turda ən yaxın izləyicisi "Lokomotiv"i (Moskva) qəbul edib. Rəqibini 6:1 hesabı ilə daramadağın edən "Zenit" xallarını 61-ə yüksəldib və "Lokomotiv"lə xal fərqini 9-a çatdıraraq çempionluğunu qeyd edib. Bu, Sankt-Peterburq təmsilçisinin ardıcıl 3-cü, ümumilikdə 7-ci çempionluğudur.

0 comments

Recent Posts

See All