top of page

Ardıcıl 42 oyunda qol!

PSJ UEFA Çempionlar Liqasının qrup mərhələsində ardıcıl 42 matçda qol vurub.


Komanda.az xəbər verir ki, Paris klubu oktyabrın 11-də, ÇL-in qrup mərhələsinin 4-cü turunda “Benfika” ilə qarşılaşıb və görüş 1:1 hesabı ilə başa çatıb.


PSJ sonuncu dəfə 2015-ci ilin oktyabr və noyabr aylarında, “Real”la matçlarda qol vura bilməyib.


PSJ qrup mərhələsində H qrupuna başçılıq edir. Fransa təmsilçisi 2 qələbə qazanıb və 2 heç-heçə edib.

0 comments
bottom of page