Ardıcıl heç-heçələrdən sonra kolxoza işləməyə getdilər

Belarus Premyer Liqası təmsilçisi "Rux" komandasının üzvləri bu mövsümün ilk 3 turunun nəticələrindən sonra kolxozda işləməyə yollanıblar.

90plus.az "by.tribuna.com"a istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Sergey Prisyajnyuk məlumat verib. O deyib ki, komanda ardıcıl 3 heç-heçədən sonra bu qərarı verib: "Bəli, doğrudur. Kolxoz təsərrüfatına getdik. Bir az işlədik, hava aldıq. Bu, bizim ümumi qərarımız idi. Futbolçular da dəstək oldular. Kimsə kilsəyə gedir, şam yandırır. Biz də kolxoza getməyə qərar verdik".

Qeyd edək ki, Brest təmsilçisi bu hadisədən sonra çempionatda keçirdiyi növbəti oyununda "İsloç"u 1:0 hesabı ilə qalib gəlib.

0 comments