Ardıcıl uğursuzluqlar. Hələ belə bir şey olmamışdı 

"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın karyerasında antirekord qeydə alınıb.

90plus.az xəbər verir ki, bu, Premyer Liqanın son turunda “Mançester Yuneyted”lə oyunda baş verib. 0:2 hesabı ilə uduzan “şəhərlilər” bu mövsüm Premyer Liqada 7-ci məğlubiyyətini alıb. Qvardiola karyerasında heç vaxt mövsüm ərzində çempionatda 7 oyunda uduzmayıb. Onun ən pis göstəricisi Premyer Liqadakı ilk mövsümündə elə “Mançester Siti” ilə olub. Həmin vaxt Qvardiolanın komandası mövsüm ərzində 6 dəfə uduzub. Daha əvvəl isə ispaniyalı çalışdırıcı “Barselona” və “Bavariya” ilə mövsüm ərzində 5 dəfə məğlubiyyət acısı yaşayıb.

0 comments