"Arda düşündüyüm futbolçudur"-Şenol Güneş


Türkiyə millisinin baş məşqçisi Şenol Güneş yığmanın sabiq üzvü Arda Turanı tərifləyib.


90plus.az "Sabah" qəzetinə istinadən  xəbər verir ki, 67 yaşlı mütəxəssis hazırda "Başakşəhər"də çıxış edən yarımmüdafiəçini ehtiyac olarsa, yenidən yığmaya çağıra biləcəyini deyib:

"Arda, Caner, Gökhan - hamısı millidə oynaya bilər. Amma bir var fikir, bir də var onu tətbiq etmək. Mən həmin qrupdan Emre və Burakı yığmaya gətirdim. Gətirmisənsə, oynatmalısan.  Arda düşündüyüm, izlədiyim futbolçudur. Türkiyənin bir nömrəli futbolçusudur. Yaxşı çıxış edərsə, ehtiyacım olarsa, komandaya dəvət edərəm. Amma kimləsə bağlı dəqiq bir qərar yoxdur. Yəni, buna təminat vermirəm".

Qeyd edək ki, A.Turan Türkiyə millisindən 2017-ci ildə Fatih Terimin qərarı ilə göndərilmişdi. Məşqçi bu qərarı 32 yaşlı oyunçunun Dünya çempionatının seçmə mərhələsində Makedoniya səfərindən qayıdarkən təyyarədə jurnalist Bilal Meşeye hücum etdiyi üçün vermişdi.

0 comments