top of page

Arda Gülərin bu həftə La Liqada debüt edəcəyi gözlənilir

“Real”ın yarımmüdafiəçisi Arda Gülərin bu həftə La Liqada debüt edəcəyi gözlənilir.


90plus.az AS-a istinadən xəbər verir ki, türkiyəli futbolçu “kral klubu”na transfer olunduqdan sonra iki dəfə ağır zədə alıb. Bu səbəbdən, 18 yaşlı futbolçu Madrid klubunda rəsmi oyuna çıxa bilməyib. 


Arda bu həftənin bazar günü “Rayo Valyekano” ilə 12-ci turun görüşünün iştirak ərizəsində yer alacaq. Baş məşqçi Karlo Ançelottinin artıq ümumi məşqlərdə iştirak edən türk futbolçunu ikinci hissədə oyuna daxil edəcəyi bildirilib.



0 comments
bottom of page