top of page

Arda Güler bu il debüt etməyəcək!


"Real"ın yarımmüdafiəçisi Arda Güler ​​2023-cü ildə meydana çıxmayacaq.


90plus.az AS-a istinadən xəbər verir ki, Madrid klubu Türkiyə millisinin üzvünə tam sağalması üçün vaxt lazım olduğunu hesab edir.


Güler ​​2023-cü ilin iyulunda "Fənərbağça"dan "Real"a  keçib. O, iyul, sentyabr və noyabr aylarında zədələndiyinə görə hələ də Madrid təmsilçisində debüt edə bilməyib.


Qeyd edək ki, "Real"ın 2023-cü ildə La Liqada daha iki oyunu var: "Villarreal" (17 dekabr) və "Alaves" (21 dekabr).

0 comments
bottom of page