"Fənərbaxça"nın futbolçusu Arda Güler karyerasını Fransada davam etdirə bilər.
90plus.az xəbər verir ki, 18 yaşlı perspektivli yarımmüdafiəçi ilə PSJ maraqlanır. Bu barədə İtaliyanın "Tuttomercato" nəşri məlumat yayıb.
Paris klubunun yayda bu transferi gerçəkləşdirməkdə israrlı olduğunu və Arda üçün "Fənərbaxça" ilə danışıqlara başladığı bildirilib. Xəbərdə "Ayaks"ın da Arda ilə uzun müddətdir maraqlandığı xatırladılıb.
Qeyd edək ki, 17 yaşından Türkiyənin əsas millisinə dəvət alan Arda bu mövsüm Superliqada 15 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
