top of page

Arda Güler narazıdır, icarəyə gedə bilər


"Real Madrid"in 18 yaşlı hücumameyilli yarımmüdafiəçisi Arda Güler ​​ona şans verilməməsindən narazıdır.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, Güler Karlo ​​Ançelottinin "Real" son 3 matçında onu bir dəqiqə belə meydana buraxmamasından narazıdır. Oyun praktikasının olmaması səbəbindən gənc futbolçu bu qış icarəyə getmək variantını nəzərdən keçirir. Belə getsə, Gülerin bu mövsümün sonuna kimi icarə əsasında başqa bir klubda çıxış edəcəyi vurğulanır.


Xatırlatma: Güler ​​bu mövsüm bütün turnirlərdə 2 matçda iştirak edib. O, Madrid təmsilçisinə ötən ilin yayında "Fənərbaxça"dan keçib. Lakin futbolçu aldığı ardıcıl zədələr səbəbindən qışa qədər debüt edə bilməmişdi. 

0 comments
bottom of page