top of page

Arda Güler təxminən 1 ay sonra oynayacaq!


“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti türkiyəli Arda Gülerin ilin sonunda və ya yanvarın əvvəlində oynamağa hazır olacağını bildirib.


90plus.az xəbər verir ki, Ançelotti bu barədə "Betis"lə oyinöncəsi mətbuat konfransında açıqlama verib:


“Güler ​​sağalma prosesinin son mərhələsindədir. Gələn həftədən intensiv məşqlərə başlayacaq. İlin sonunda və ya yanvarın əvvəlində matçlara hazır olacaq”.


Xatırladaq ki, “Real Madrid”ə transfer olan türkiyəli futbolçu Arda Güler ard-arda üç dəfə zədə alıb və hazırda komandadan ayrı olaraq məşq edir.

Həmçinin qeyd edək ki, futbolçunun bütün diqqətini məşqlərə və sağalma prosesinə yönəltməsi üçün klub rəhbərliyi tərəfindən onun Türkiyə və İspaniya mətbuatı ilə görüşlərinə, haqqında xəbərlər yayılmasına qadağa qoyulub və bu qərara futbolçu özü də razılıq verib.  

0 comments
bottom of page