top of page

Arda Gülerin son durumu - Ançelotti açıqladı

"Real"ın baş məşqçisi Karlo Ançelotti zədəsini yeni sağaldan Arda Gülerin son durumu ilə bağlı açıqlama verib.


90plus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Türkiyə millisinin üzvünün oynaya biləcək durumda olduğunu bildirib:  "Bir az ritm çatışmazlığı var və onun bizim oyun üslubumuza alışması lazımdır. Arda böyük istedaddır".


İspaniya mətbuatı 18 yaşlı oyunçunun sabah La Liqada "Las Palmas"a qarşı matçın iştirak ərizəsində yer alacağını yazıb. Bildirilib ki, matçına gedişatına əsasən, o, sözügedən görüşdə oynaya bilər.

Xatırladaq ki, yayda "Real"a transfer olan A.Güler yeni klubunda zədə səbəbindən hələ debüt edə bilməyib.



0 comments

Recent Posts

See All

Comments


bottom of page