top of page

Arda Güler “Sevilya”nı istəmədi


"Sevilya" Türkiyə millisinin "Real" forması geyinən futbolçusu Arda Güleri icarə əsasında heyətinə qatmaq istəyir.


90plus.az xəbər verir ki, 19 yaşlı futbolçu "Real Madrid"dən icarə əsasında ayrılsa, yalnız Çempionlar Liqasında mübarizə aparan komandaya getmək arzusundadır. Ona görə də hazırda La Liqanın turnir cədvəlində 13-cü yerdə olan "Sevilya"ya “YOX” deyib.


Arda avrokuboklarda mübarizə aparmayacaq bir komanda üçün Madrid təmsilçisindən ayrılmaq istəmir. 


Qeyd: Arda Güler ötən ilin yayında "Fənərbağça"dan "Real"a keçib. Lakin o, komandada cəmi 6 oyuna çıxıb. Bu görüşlərin əksəriyyətində isə ehtiyatdan oyuna girib.


0 comments
bottom of page