Arda komandasından ayrıldı 

"Başakşehir” futbolçusu Arda Turanla yolları ayırıb.

90plus.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, onunla bu mövsümün sonunda başa çatacaq icarə müqaviləsi vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv edilib. Bildirilib ki, müqavilə ilə “Barselona”ya məxsus olan 33 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisinin rəhbərliyinə başqa kluba keçmək istədiyini bildirib. Bundan sonra tərəflər yolları ayırmağa qərar veriblər. Qeyd edək ki, Türkiyə mətbuatı A.Turanın karyerasını “Qalatasaray”, Qətər və ya ABŞ klublarından birində davam etdirəcəyini yazıb.

0 comments