top of page

Arda Turanın komandası Super Liqada! VİDEO


Gələn mövsümdə Türkiyə Superliqasına yüksələn ilk komanda məlumdur.


90plus.az xəbər verir ki, Arda Turanın çalışdırdığı "Eyüpspor" mövsümün sonuna 5 tur qalmış elitaya vəsiqəni təmin edib.


Komanda bu gün 1-ci liqanın 29-u turunda öz meydanda "Altay"ı 4:1 hesabı ilə məğlub edib.

Hazırda 67 xalla lider olan "Eyüpspor" tarixində ilk dəfə Superliqaya vəsiə qazanıb.


Bu da komandanın sevinci. VİDEO


Qeyd: 17-ci pillədə qərarlaşan "Altay" isə 1-ci liqanı tərk edəcək 2-ci komanda olub. Buna qədər "Giresunspor"un da elitanaı tərk edəcəyi bəlli idi.

0 comments
bottom of page