top of page

“Ardanın 1-2 matç oynamamasının nə önəmi var?” Ançelotti



"Real"ın baş məşqçisi Karlo Ançelotti Arda Gülerə "Malyorka" ilə oyunda (1:0) şans verməməsi haqda danışıb.


90plus.az xəbər verir ki, Türkiyə millisinin üzvü sözügedən görüşü yenə sona kimi ehtiyat oyunçular skamyasından izləyib.


Ançelotti isə mətbuat konfransında belə deyib: "Arda Güler ​​tezliklə oynamağa başlayacaq. O, çox gəncdir, cəmi 18 yaşı var. Arda "Real"ın bu günü və gələcəyidir. O, hazırda rahatdır və zədəsini sağaltdığı üçün xoşbəxtdir. Ona güvənirik. Uzun illər burada olacaq, 1-2 matç oynamamasının nə önəmi var? Şənbə günü İspaniya kubokunda keçiriləcək "Arandina"ya qarşı oyunda "Malyorka" ilə görüşdə meydana çıxmayan futbolçulara şans veriləcək".


Qeyd: ötən ilin yayında Madrid təmsilçisinə transfer olunan Arda zədə səbəbindən hələ də klubunda debüt edə bilməyib.





0 comments
bottom of page