top of page

“Argentina üçün xüsusi bir şey etməli olan Messidir”

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger Argentinanın DÇ-2022-nin finalında Fransa ilə keçirəcəyi oyun haqda danışıb.


90plus.az xəbər verir ki, o, Evening Standard-a müsahibəsində bildirib: "İki oyunçu finalda xüsusi bir şey etmək üçün təzyiq altındadır. Fransada bu, Mbappedir. Argentina üçün xüsusi bir şey etməli olan isə Messidir. O, heç vaxt bu qədər təzyiqə məruz qalmayıb.


Olivye Jiru və yarış zamanı əhəmiyyəti də artan Julian Alvares də bu turnirdə çox nüfuzlu və önəmli futbolçulardır"


Xatırladaq ki, bu gün keçiriləcək Argentina - Fransa görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


0 comments

Commentaires


bottom of page