Argentina Amerika Kubokuna ev sahibliyindən məhrum edildi

İki həftə sonra başlamalı olan Amerika kubokuna ev sahibliyi Argentinadan alınıb. 90plus.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) qərar qəbul edib. Belə qərar verilməsinə səbəb isə Argentinada koronovirus pandemiyasının daha geniş yayılmasıdır. CONMEBOL yarışa ev sahibliyi etmək üçün digər ölkələrin təkliflərini nəzərdən keçirəcək.

Qeyd edək ki, Amerika Kuboku 2020-ci ildə keçirilməli idi, ancaq koronavirus pandemiyasına görə, ötən ilin martında yarışın 2021-ci ilin yayında təşkili barədə qərar verilib. Yarışı Argentina və Kolumbiya 13 iyun-10 iyulda təşkil etməli idilər.

0 comments