top of page

Argentina Braziliyanın olimpiada yolunu bağlayıb özü vəsiqə qazandı!


Argentina millisi Braziliyanı 1:0 hesabı ilə məğlub edərək 2024-cü il Paris Olimpiadasına vəsiqə qazanıb.


90plus.az xəbər verir ki, Braziliya isə seçmə mərhələdə qrupdan çıxmağı bacarmır. Matç Argentina millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Lusiano Qundu vurub.


Beləliklə, Olimpiadanın ikiqat qızıl medalçısı Braziliya Paris Olimpiadasında olmayacaq. Milli 2016 və 2020 olimpiadalarında qızıl medal qazanmışdı.


Xatırlatma: PARİS-2024 iyulun 26-dan avqustun 11-dək keçiriləcək.


0 comments
bottom of page