top of page

Argentina Dünya Çempionu oldu!


Bu gün Qətərdə keçirilən DÇ-2022-nin qalibi bəlli olub.

90plus.az xəbər verir ki, finalda son çempion Fransa millisi ilə Argentina üz-üzə gəlib.



"Lusail" stadionunda keçirilən və polşalı referi Şimon Marçinyakın idarə etdiyi oyun dramatik məcrada keçib. Əsas vaxtı 3:3 hesablı bərabərliklə başa çatan oyun penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan (4:2) Argentina millisi tarixində 3-cü dəfə dünya çempionu adının qazanıb.  

İkiqat dünya çempionu Fransa isə gümüş mükafatçı olub.

Xatırladaq ki, Xorvatiya DÇ-2022-nin bürünc medalını qazanıb.

 

18 dekabr

DÇ-2022, Final

19:00. Argentina – Fransa - 3:3 (Penaltilər seriyası - 4:2)

Qollar: Lionel Messi, 13-pen.(1:0), Di Mariya, 36 (2:0), Kilian Mbappe, 80-pen. (2:1), 82 (2:2), Lionel Messi, 109 (3:2), Kilian Mbappe, 118-pen. (3:3)

Penaltilər seriyası

Argentina + + + +

Fransa + - - +

Baş Hakim Şimon Marçinyak (Polşa)

"Lusail" stadionu

0 comments
bottom of page